Ronaldo: "14 milyon avro cərimə ödəməyə hazıram"

“Real”ın hücumçusu Kriştianu Ronaldu İspaniyada vergidən yayınma ilə bağlı işi bağlamaq üçün 14 milyon avro cərimə ödəməyə hazırdır. Ronaldu İspaniya hökumətinə vergi borcunu - 14,8 milyon avronu ödəməməkdə ittiham olunur.

Otuz üç yaşlı futbolçu İspaniyanın vergi qanunvericiliyinin pozulmasına dair dörd şikayəti qəbul edib. Daha əvvəl o, vergi xidmətini 3,8 milyon avro ödəməyi təklif edib, lakin agentlik imtina edib. Ronaldo 2009-cu ildə “Mançester Yunayted”dən “Real Madridə” keçib. Portuqaliyalı dörd dəfə Çempionlar Liqasının qalibi olub, eləcə də “Qızıl top”un sahibidir. Həmçinin İspaniya və İngiltərə çempionudur.

Futbolçu 2016-cı ildə milli komandanın heyətində Avropa çempionatını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə