Ronaldo maaşının artırılmasını istəyir

“Real”ın futbolçusu Kriştiano Ronaldo klubun prezidenti Florentino Pereslə görüşəcək. SİA-nın məlumatına görə, portuqaliyalı superulduz maaşının artırılmasını istəyir.

“Barselona”nın üzvü, Lionel Messi və PSJ-nin hücumçusu Neymar da daxil olmaqla, dünyanın bütün futbolçularından çox məvacib almaq niyyətindədir. Ulduz futbolçu 5-ci dəfə “Qızıl top” mükafatını aldıqdan sonra daha artıq məvacibə layiq olduğunu düşünür.

Qeyd edək ki, 32 yaşlı futbolçunun “Real”la hazırkı sözləşməsinin müddəti 2021-ci ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə