"Neftçi”də fiziki hazırlıq üzrə yeni məşqçi təyin olunub

"Neftçi”də fiziki hazırlıq üzrə yeni məşqçi təyinatı olub. Klubun saytında yer alan xəbərə görə, bu vəzifəni ukraynalı Dmitro Qolovko yerinə yetirəcək. 37 yaşlı məşqçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Dmitro Qolovko bunadək Ukraynanın "Dinamo” (Kiyev), "Krivbass”, "Karpatı”, "Volın”, "Çernomorets”, Rusiyanın "Volqa” klublarında və 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 milli komandasında çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə