Vinçenzo Montella “Milan”da qalacaq

“Milan”ın baş məşqçisi Vinçenzo Montellanın klubdakı taleyinə aydınlıq gəlib. Sən demə 43 yaşlı mütəxəssis hələ bir müddət komandanın sükanı arxasında qalacaq.

Bu barədə “Football İtalia” nəşri xəbər yayıb. Bildirilib ki, qeyd olunan oyundan sonra komandanın icraçı direktou Marko Fassone 43 yaşlı mütəxəssislə görüşüb ona vəzifəsini davam etdirəcəyi barəsində təminat verib. Klubun çinli sahibləri isə Montellanın bu məğlubiyyəti Avropa Liqasında “Austriya” ilə oyunda unutduracağına əmidirlər.

loading...