Xorvatiyalı futbolçu Bosniya və Herseqovina millisini seçdi

“Seltik”in xorvatiyalı müdafiəçisi Yozo Şimunoviç bundan sonra Bosniya və Herseqovina millisinin şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, bu barədə yerli federasiya xəbər yayıb.

Federasiyadan yayılan açıqlamada FİFA-nın 22 yaşlı futbolçunun Bosniya və Herseqovina millisində çıxış etməsinə icazə verdiyi qeyd edilib. Şimunoviç daha öncə Xorvatiya millisinin 14-dən 21 yaşadək bütün yaş qruplarında çıxış edib. Futbolçu Xorvatiyanın paytaxtı Zaqrebdə doğulsa da, valideynləri Bosniyadandı.

Şimunoviç Bosniya və Herseqovina millisinin heyətində avqustun 31-də, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Kiprə qarşı oyunda debüt edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə