Rusiyada yetim uşaqlar yeni mənzillə təmin olunacaqlar

Qəzalı evlərdə mənzil alan yetim uşaqlara Rusiyanın Perm vilayətində ilin sonunadək yeni mənzil verəcəklər. Uşaqlar onlar üçün ayrılan 52 mənzilə köçürüləcəklər. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə sözügedən regionun Tikinti Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yetim uşaqların hazırda yaşadıqları bina tikinti normaları pozulmaqla tikilərək qəzalı vəziyyətə düşdüyündən Perm vilayətinin Nıtva şəhərində mənzillə təmin ediləcəklər. Regionun büdcəsindən bu məqsədlə 50 milyon rubl ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...