Azərbaycanda fəaliyyət göstərən məscidlərdə Qurban bayramı münasibətilə bayram namazı qılınıb. SİA-nın verdiyi məlumata görə, bu gün saat 09:00-daTəzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə insan qatılıb.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə