Bu gün səhər saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbi qulluqçu yol qəzasına düşüb. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində ağır yaralanan Araik Balasanyan adlı hərbçi hospitala yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə