Xocalı prospektində hərəkət qismən məhdudlaşdırılacaq

Fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, avtomobillərin hərəkətinin məthdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir.

Bu məqsədlə adıçəkilən ərazidə gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə