"İntihar: səbəblər və onunla mübarizə" SƏS TV

Bu gün Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "İntihar: səbəblər və onunla mübarizə" adlı konfrans keçirilib. Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, tanınmış psixoloqlar, ilahiyyatçılar, ziyalılar, tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov intihara səbəb kimi fərdin yaşadığı cəmiyyətdə dəyərlərin içərisindən uzaqlaşmasını göstərib. Bildirib ki, əgər insan bu dəyərlərdən uzaqlaşırsa, intihar üçün yol açılır.

O qeyd edib ki, dünyada hər 40 saniyədən bir kimsə intihar edir. Bu da ən çox inkişaf etmiş ölkələrdə baş verir. Azərbaycanda intiharla bağlı göstərici inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır.

Psixoloq Rafiq Allahverdiyev çıxışında intiharın psixoloji səbəblərindən danışıb. Diqqətə çatdırıb ki, bu gün intihar cəmiyyətin əsas probleminə çevrilib. İntihar vəziyyətdən çıxış yolu tapa bilməyən zaman baş verir. Mərkəzində əsasən fərdi psixoloji problemləri durur.

Psixoloq qeyd edib ki, bu gün intiharın qarşısını almaq üçün insan şüurunda dəyişiklik edilməlidir. Fərd sosial münasibətlər qarşısında aciz qalır. Kişilər daha çox özünü asmağa üstünlük verir.

O vurğulayıb ki, dünyada intihar xəstəlik və bədbəxt hadisələrdən sonra insan ölümünə görə 3-cü yerdə dayanır.

Daha sonra çıxış edən natiqlər intiharların qarşısı almaq üçün maariflənmə işini daha sürətlə aparılmasını vurğulayıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə