Anfisa Zinyeddin: “Maarifləndirmə məqsədli televiziya verilişləri təşkil olunacaq”

“İctimaiyyətlə Əlaqələrin İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsinin icrasına başlayıb. SİA-nın verdiyi məlumata görə, layihəyə “Dünya Müstəqil Teleradio Şirkətin”də, “İctimaiyyətlə Əlaqələrin İnkişafi“ İctimai Birliyinin təşkilatçılığı ilə yayımlanan “Fərqli“ verilişi cərcivəsində start verilib. Bu barədə məlumatı ictimai birliyin sədri Anfisa Zinyeddin verib.

Onun sözlərinə görə, 4 ay müddətində icra olunacaq layihənin həyata keçirilməsində məqsəd qadin və uşaq hüquqlarının pozulmasınını qarşısını almaq, dünyəvi dövlət olan Azərbaycan Respublikasının qanunlar, hüquq və azadlıqlar çərçivəsində inkişafı, möhkəmləndirilməsi üçün ictimai diqqəti bu məsələyə yönəltmək bu layihənin əsas hədəfləridir: "Televiziyada yayımlanacaq verilişlər mövcud problemlərin Bakı və eləcə də regionlarda müəyyən hüquqları pozulan qadın və uşaqların hüquqları təmin olunacaq. Qadınlar, uşaqlar, yeniyetmə və gənclər arasında təbliğat işlərinin aparılmasına xidmət edəcək və əhali kütləsinə çatdırılmasına imkan verəcək. Layihə çərçivəsində Azərbaycan dövlətin hüquqların aliliyində istifadə edərək, qadın və uşaq hüquqlarının pozulmasından, necə xilas olmağın yolları haqqında fikir mübadiləsi aparılacaq”.

Anfisa Zinyeddin bildirib ki, qadın və uçaq hüquqları hər bir ölkədə diqqət mərkəzində olan ciddi sahələrdəndir: “Hər iki hüquq insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Son illər ölkəmizdə aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin tərkib hissəsi olub. Azərbaycan Respublikasının Konstitusiyasında qadın və uşaqların hüquqları müdafiə olunur. Ancaq bütün bunlara baxmayaraq gündəlik informasiya portallarında həm qadınların həm də uşaqların hüquqlarının pozulması ilə bağlı məlumatlarla qarşılaşırıq. Aidiyyatı qurumlar bu istiqamətdə davamlı addımlar atsa da mövcud problem daha da böyüyür. Bu baxımdan qadın və uşaq hüquqlarının qorunması istiqamətində vətəndaş cəmiyyətinin rolunun artırılması cox vacibdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə