Sərnişindaşıma qiymətləri ucuzlaşıb

2018-ci ilin yanvar ayında nəqliyyat xidmətlərinin qiymətləri 2017-ci ilin dekabr ayına nisbətən 0,3 faiz, o cümlədən sərnişindaşıma xidmətlərinin qiymətləri 3,0 faiz ucuzlaşıb, yükdaşıma xidmətlərinin qiymətləri isə 0,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, ay ərzində poçt və kuryer xidmətlərinin və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə