Sabahdan Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Sabahdan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Bakı-yük-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 15.02.2018-ci ildən 20.02.2018-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.

Qeyd: - Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...