20 yaşlı şəxs ən böyük uduşa sahib olub

ABŞ vətəndaşı lotereyada 451 milyon dollar udub.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə keçirilən “Mega Millions” lotereyasının “cek-pot”u Port-Riçi şəhərinin (Florida ştatı) sakini, 20 yaşlı Şeyn Misslerə nəsib olub.

“Mega Millions” lotereyasında ən böyük uduş 2012-ci ildə qeydə alınıb. O zaman 640 milyon dollarlıq “cek-pot”u 3 nəfər bölüşdürüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə