İsrailin şimalında ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi qərarına etiraz olaraq, Yeni il şənliklərinin keçirilməsi ləğv edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrailin Nazaret şəhərinin meri Əli Salam şənliklərin, turistlər üçün müxtəlif festival və sərgilərin keçirilməsinə qadağa qoyulduğunu açıqlayıb.

Onun sözlərinə görə, bayram əhval-ruhiyyəsi ABŞ prezidenti Donald Tramp tərəfindən korlanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə