Günel cehizini klipində nümayiş etdirdi FOTOLAR

Müğənni Günel Zeynalova "Bir adam var" adlı mahnısına klip çəkdirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı ekran işi haqda danışıb: "Klipdə evimdəki pianinodan istifadə etdim. Azərbaycanda bütün gənc qızların evində cehiz pianino var. Bu da mənim cehizimdir".

Müğənni çəkiliş zamanı barmağını zədələdiyini də söyləyib: "Qapı arasında qaldı. Az qalsın qopacaqdı. Barmağımı xilas etdik, amma dırnağım düşdü. Klipə görə onu sarımalı oldum".

Qeyd edək ki, "Bir adam var" adlı mahnının sözləri və musiqisi ifaçının özünə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə