41 yaşlı Əkbər xoşbəxtliyini nədə gördü? AÇIQLAMA

Bu gün əməkdar artist, aparıcı Əkbər Əlizadə üçün özəl gündür. 41 yaşını qeyd edən aktyor SİA-ya açıqlama verərək, doğum günündə onu təbrik edən teatrın rəhbərliyi başda olmaqla, yaradıcı heyətə və onu sevənlərə təşəkkürünü bildirib: "Mən artıq dünəndən ad günü abu-havasınındayam. Dostlarım, həmkarlarım, pərəstişkarlarım, çalışdığım televiziyanın işçiləri və izləyicilərimdən təbrik mesajları almağa başlamışam. Amma mənim üçün ən gözəl ad günü hədiyyəsi Musiqili Teatrın kollektivinin sevgisi ilə əhatə olunmağımdır. Bu da səbəbsiz deyil... Artıq bu il sentyabr ayının 15-də mənim səhnə fəaliyyətimin 25 ili tamam olacaq. Aktyor üçün bundan böyük xoşbəxtlik ola bilməz. Özümə biri-birindən maraqlı və gözəl rollar arzulayıram. Mənə hər zaman yaradıcılıq fəaliyyətimdə dəstək olan Musiqili Teatrın direktoru Əliqismət Lalayevə təşəkkürlərimi bildirirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...