Əli Kərimlinin mühacir biznesi: faktlar və dəlillər ARAŞDIRMA

İctimaiyyət mətbuat tərəfindən zaman-zaman dağıdıcı müxalifətdə olan bir sıra siyasi partiyaların qeyri-qanuni ticarət növü ilə məşğul olmaları barədə məlumatlandırılıb. Buna misal kimi, Müsavat partiyasında sözügedən məsələ ilə bağlı hələ də davam edən ittihamları göstərmək olar. Hələ iki il öncə, Müsavatın sabiq funksioneri, Avropada yaşayan Elbəyi Həsənli partiya rəhbərliyinin mühacirət biznesini ifşa edən məsələləri gündəmə gətirmişdi və bu faktlar ictimaiyyətdə rezonans doğurmuşdu. Həmin ifşalardan sonra Müsavatın rəhbərlik strukturları nə qədər çalışsalar da, ifşadan yaxa qurtarmağı bacarmamışdı.

Mühacir biznesinin ən çox istifadə üsullarından biri...

Lakin bu dəfə söhbət Müsavatdan deyil, Müsavatın əzəli düşməni hesab edilən AXCP-dən və onun sədri Ə.Kərimlidən, o cümlədən, ətrafındakı digər mühacir biznesi ilə məşğul olanlardan gedir. Mövzu ilə bağlı aparılan çoxsaylı araşdırmalardan sonra bir sıra vacib qənaətlərə gəlmək olar. Məsələn, belə qənaətə gəlmək olar ki, mühacir biznesinin ən çox istifadə üsullarından biri etiraz aksiyalarında, xüsusilə, icazəli etiraz aksiyalarında əvvəlcədən müəyyən olunmamış, hakimiyyət orqanları ilə razılaşdırılmamış şüarların səsləndirilməsidir. Məhz bu üsulla bir neçə sutkalıq cəza alan dırnaqarası müxalifətçilər daha öncə əldə etdikləri partiya biletləri vasitəsilə, arayışlarla Avropa ölkələrinə üz tutur, guya Azərbaycanda insan haqlarının pozulması və s. bənzər amilləri önə sürüb, siyasi sığınacaqlar almağa cəhdlər göstərirlər. Bu isə sözügedən ticarət növünün ən öndəgedənidir və ortada digər faktorlar da mövcuddur.

"Mitinqlərdə fəal iştirak etmiş müxalifətçi" arayışı AXCP sədri tərəfindən 3 min dollara (!) satılır

Beləliklə, Ə.Kərimli mühacir biznesini əlində saxlamaq üçün ən çox mitinqlər üzərində dayanır. Lakin son mitinqləri onun ticarətinə bəzi əngəllər yaratdı. Yəni AXCP sədrinin "Milli Şura" adından təşkil etdiyi icazəsiz mitinqlər heç bir təsir göstərmədi. Buna misal kimi dağıdıcı müxalifətin Ə.Kərimli səmtinə yaxınlığı ilə seçilən X.İsmayılın tənqidi çıxışlarını göstərə bilərik. Buna səbəb isə biabırçı nəticələrlə başa çatmasına rəğmən, Ə.Kərimlinin pafosla sosial şəbəkələrdə etdiyi gülünc çıxış və iddiaları idi.

Başqa tərəfdən, Ə.Kərimlinin uğursuzluqları nəticədə miqrant alveri ilə məşğul olan adamlarının da biznesinə zərər vurdu

Nəticə olaraq sübuta yetirilib ki, Ə.Kərimli uzun illərdir ki, mühacir biznesini əlində saxlaması və gənclərə müəyyən məbləğ qarşılığında "müxalifətçi" arayışları verməsi danılmaz faktdır. Məsələn, yaxınlarda onun sözügedən biznesini əks etdirən audioyazısı da mediada işıqlandırılmışdı. Həmin səs yazısına əsasən, bəlli olmuşdu ki, "mitinqlərdə fəal iştirak etmiş müxalifətçi" arayışı AXCP sədri tərəfindən 3 min dollara (!) satılır. Hətta AXCP-"Milli Şura" mitinqlərində iştirak edən adamların əksəriyyəti, məhz Avropa ölkələrinə siyasi mühacirətə getmək üçün qatıldıqlarını gizlətmirlər.

Əli Kərimli mühacirət biznesinin "boz kardinalı" psevdonimi ilə tanınır

Bunun üçün iki ildir ki, AXCP-yə üzv olan bir şəxs (adının açıqlanmamasını israrla istəyib-R.R.) Ə.Kərimli tərəfindən ona və mitinqə cəlb edəcəyi adamlara təminat verildiyini deyib. O da təsadüfi deyil ki, referendum öncəsi - mitinqlərin keçirildiyi vaxtlarda qondarma müxalifətçi elektoratı tezliklə mühacirətə gedəcəkləri haqqında, bu ölkəni tərk edəcəkləri barədə əminliklə söhbətlər edirdilər, sosial şəbəkələrdə müzakirələr aparırdılar. Bu baxımdan, radikal müxalifətdə Ə.Kərimliyə daha bir psevdonim qoyulub - Mühacir biznesinin "boz kardinalı". O öz monopoliyası altında saxladığı biznesi vasitəsilə şəxsi büdcəsinin bir hissəsini də, məhz bu vasitəylə artırır. Ümumiyyətlə, ortada olan faktlar və dəlillər müqabilində demək mümkündür ki, mediada, sosial şəbəkələrdə yayılan çoxsaylı səs yazılarından, üzə çıxan sənədlərdən sonra Ə.Kərimlinin bu işlə məşğul olmasına heç bir şübhə yeri qalmır.

Siyasi maraqları biznes maraqları əvəzləməyə başlayıb

Əlbəttə ki, belə olan bir məqamda, AXCP sədri bu və ya digər şəkildə ortada olan danılmaz faktları təkzb edir, ümumiyyətlə, bu işlə bağlı inkarçı mövqeyini sərgiləyir. Təbii ki, bu, onun köhnə şakəridir və onsuz da onun işi qarşısına qoyulan faktları inkat etməkdən ibarətdir. Amma bütün bunlara rəğmən, daha bir faktı da nəzərə çatdırmaq istərdik. Bu faktda isə onun oğlu Türkel Kərimlinin adı hallanır. Belə ki, səs yazıslarının birində Türkel adlı şəxs (soyadı bildirilməsə də bu, səsin Ə.Kərimlinin oğluna aid olması sübutunu tapıb-R.R.) heç bir gizlilik qorumadan atasının müştəriləri ilə əlaqələr qurur, söhbətlər aparır, biznes termini ilə desək, dilerliklə məşğul olur. Mövcud audioyazıda T.Kərimli həmsöhbətini inandırmaq üçün, uzun illərdir bu işlə məşğul olduğunu, bu işdə ona ciddi dəstək göstərildiyini təkrarlayır. Çünki hazırkı dövrdə hər kəs 3 min dolları önünə gələnə vermir. Ona görə də bu cür məlumatlardan aydın olur ki, AXCP sədri böyük məbləğlər qarşılığında Avropaya "siyasi mühacir" göndərir. Çox yəqin ki, bu yaxınlarda onun bu biznesinin növbəti ifşalarının şahidlərinə çevriləcəyik

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə