"ABŞ İrana qarşı sanksiyalardan və təzyiqlərdən əl çəkməlidir"

“ABŞ İrana qarşı birtərəfli sanksiya və təzyiq siyasətindən əl çəkməlidir”. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə bu sözləri Çin hökumətinin Yaxın Şərq işləri üzrə xüsusi elçisi Zhai Jun ABŞ-ın yeni sanksiyalarını şərh edərkən söyləyib.

O bildirib ki, ABŞ doqquz İran vətəndaşına, o cümlədən ölkənin başçısının oğluna, həmçinin respublikanın silahlı qüvvələrinin ümumi heyətinə qarşı sanksiyalar tətbiq edib.

“Çin tərəfi hesab edir ki, ABŞ bu metodlardan əl çəkməli, birtərəfli sanksiyalardan imtina etməli və İrana həddindən artıq təzyiq göstərməlidir, çünki problemin həlli üçün ilkin düzgün yola qayıtmağın yeganə yolu budur”,- deyə Çinli diplomat qeyd edib.

O vurğulayıb ki, Yaxın Şərqdəki gərgin vəziyyət ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi sanksiyalar və təzyiqlər, habelə ABŞ-ın Tehranla nüvə sazişindən birtərəfli qaydada çıxması ilə əlaqədardır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...