Amulsar məsələsi Ermənistanda ciddi ziddiyyətlər yaradıb

Amulsar mədəninin istismarı mövzusu Ermənistan hökuməti daxilində ciddi xaosa səbəb olub, komandada qütbləşmə mühiti yaradıb. Bu açıq aşkar şəkildə görünür. SİA Ernənstana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Past" qəzeti yazır.
Nəşrin yazdığına görə, son on gün ərzində mədən istismarı ilə bağlı baş verən qapalı müzakirələr, xüsusilə deputat dairələrində olduqca ciddi ziddiyyətlər yaradıb. Qəzetin mənbələrinə görə, son müzakirə xüsusilə fırtınalı keçib. Deputatlara açıq şəkildə deyilib ki, onlar istəsə də, istəməsə də, Amulsar istismar ediləcək və onlar buna alışmalı olacaqlar".
Qəzet həmçinin yazır ki, bu mövzuda xarici təzyiq olduğu, Ermənistanın müqavimət göstərə bilmədiyi də etiraf olunur.
Məlumata görə, hazırda hakimiyyət Amulsarın inkişafı məsələsində qətiyyətlidir. Baş nazirin ABŞ-a səfərindən əvvəl ən azı ilkin həll yollarını tapmağa çalışmaq məcburiyyəti qarşısındadır Ermənistan hakimiyyəti.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...