"Fransa müstəqil məhkəməsi olan dövlətdir" ÖZƏL-ŞƏRH

"Fransa məhkəməsi növbəti dəfə Dağlıq Qarabağ separatçı rejimlə bağlanmış dostluq və əməkdaşlıq xartiyasını ləğv edib. Bu artıq 4-cü məhkəmə qərarıdır. Fransa oturuşmuş demokratik sistemi və müstəqil məhkəməsi olan dövlətdir. Baxmayaraq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi konteksində Fransanın mövqeyi tərəfsiz deyil, bu vəziyyətdə məhkəmə hüquq siteminin mükəmməliyi ədalətli qərar çıxarmağa məhkumdur. Əks təqdirdə Fransa hüquq sitemi hörmətdən düşümüş olar. Bu hadisə eyni zamanda qondarma “erməni genosidi” ilə bağlı qərarda da öz əksini tapmışdı". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, Fransa məhkəmələrinin bu qərarları ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkə üçün presedent olmalıdır: "Bu qərarın veriməsini Azərbaycanın xarici siyasətinin uğuru kimi də qiymətləndirmək doğru olardı. Təbii ki, hadisələri izləmək və zamanında Azərbaycan əleyhinə atılan addımları məhkəmələrə daşıyaraq ədalətli qərarların alınmasına nail olmaq XİN və diasporanın başlıca vəzifələrdir. ATƏT-in Minsk qrupunun rəhbərlərinin separatçı Dağlıq Qarabağ rejimi ilə görüşləri intensivləşməsi münaqişə zonasında gərginliyin artması ilə əlaqədardır. Ermənistan tərəfinin “biz ərazilərin təhvil verilməsi ilə bağlı heç bir sənədə imza atmayacağıq" bəyanatından sonra Azərbaycan tərəfinin ATƏT və digər beynəlxalq qurumlara təzyiqləri artıb. Faktiki olaraq bu bəyanat danışıqlardan imtina etmək deməkdir ki, bu da indiyə qədər əldə olunmuş bütün razılaşmaların pozulması deməkdir. Danışıqlarla bağlı vəziyyət elə bir mərhələdədir ki, Ermənistan tərəfi ya münaqişənin həlli üçün indiyə qədər razılaşdırılmış prinsiplər əsasında hər hansı bir sənədə qol çəkməlidir, ya da danışıqlardan birmənalı olaraq imtina etməlidir. Ermənistan danışıqlardan rəsmən imtina edərsə, bu faktiki olaraq Azərbaycanı müharibəyə provakasiya etməkdir. Həmsədrlərin separatçı rejimlə görüşləri isə heç bir əhəmiyyət kəsb etmir və Azərbaycanı sakitləşdirmək məqsədini daşıyır.

Heç kimə sirr deyil ki, Dağlıq qarabağ rejimi marionet bir qurumdur və müstəqil olaraq heç bir qərar qəbul etmək iqtidarında deyil. Əgər Rusiya sülh müqviləsinin bağlanmasına razılıq verərsə, separatçı rejimdən heç kim heç nə soruşmayacaq. Artıq Azərbaycan 25 il öncəsindəki dövlət deyil. Bu illər ərzində Azərbaycanın iqtisadi potensialı qat-qat artmışdır. Beynəlxalq dəstəyin güclənməsi, dost ölkələrimizin sayının artması və İslam ölkələri ilə əməkdaşlıq təşkilatındakı nüfuzumuzun xeyli artması işğalçı qüvvələrin özünə inamını azaldır. Rusiya hesab edirsə ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hərkətə keçdiyi təqdirdə 90-cı illərin əvvələrində olduğu kimi Ermənistana hərbi dəstəyi verə biləcək böyük yanlışlığa yol verir. Azərbaycanın ABŞ və Avropa Birliyi ilə isti münasibətləri, Türkiyə və Pakistan kimi dost ölkələrə malik olması bu dəfəki həmləmiz çox ciddi ola bilər. İranın Rusiya və Ermənistanla isti münasibətlərinə baxmayaraq münaqişəin hərbi fazaya keçməsi baş verərsə bu ölkə bizim yanımızda dayanmağa məhkumdur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə