"Həmsədrlərin bəyanatı münaqişənin həllində irəliləyişə nail olmaq istəyindən xəbər verir"

"ATƏT Minsk qrupu həmsədrlərinin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyindən xəbər verir". “Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bildirib.

“Bu bəyanat çox şey ifadə edir. Məncə, bu uzanmış münaqişənin həllində irəliləyişə nail olmaq istəyini əks etdirir. ABŞ ATƏT Minsk qrupunun həmsədri olaraq tərəflərin bu münaqişəni həll etməyin yolunu tapmaları üçün işləməyə davam edir”, - deyə o qeyd edib. Diplomat ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litzenbergerə uğurlar arzuladığını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə