YAP Qusar rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının yaranmasının 26 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbir iştikçıları, öncə, partiyanın qurucusu Ulu Öndərin xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək, rayon təşkilatının fəaliyyətinə nəzər salıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından sonra ilk yaradılan rayon təşkilatlarından biri də, məhz YAP Qusar rayon təşkilatıdır: «1993-cü il 14 fevral tarixində təsis olunmuş rayon təşkilatı bu gün öz sıralarında 6237 nəfər üzvü birləşdirir. Rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rəhbərliyin tapşırıq və tövsiyələrinə, eləcə də, üzvlərin təşəbbüsünə əsaslanaraq, uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər və gördüyü işlərlə qarşısındakı daha böyük uğurları hədəfləyib.»
Tədbirdə çıxış edən partiya veteranları Maya Pirverdiyeva, Telman Kazımov, YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu Öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıblar. Bildirilib ki, bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində, sürətlə inkişaf edən Azərbaycan uğurlu nailiyyətlər qazanır.
Tədbirdə çıxış edən təşkilatın qadınlar şurasının sədri Kəmalə Qlıçova partiyanın qadınların fəaliyyəti, cəmiyyətdəki yeri və rolunun artırılması istiqamətindəki səylərindən danışıb. YAP-ın qadınların ictimai-siyasi proseslərdə daha yaxından iştirak etməsi üçün bir sıra uğurlu layihələrə imza atdığını və bu mənada, YAP Qusar rayon təşkilatının nailiyyətlərindən söz açıb.
Daha sonra çıxış edən rayon təşkilatının gənclər birliyinin sədri Zeynal Əskərov dövlət tərəfindən gənclərə göstərilən qayğıdan və onların cəmiyyətdəki rolundan danışıb.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə