Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya bir günlük işgüzar səfərə gedib. SİA “Anadolu”ya istinadən xəbər verir ki, onu Ankaradakı "Esenboğa" hava limanından Ankara qubernatoru Vasip Şahin və digər səlahiyyətli şəxslər yol salıb.
Prezidenti Moskva səfərində müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Cahit Turhan, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşaiyət edir.
Ərdoğan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Daha sonra hər iki nümayəndə heyətinin iştirakı ilə genişləndirilmiş iclas keçiriləcək.
Müzakirələrin gündəmində Türkiyə ilə Rusiya arasındakı ikitərəfli əlaqələr, Suriyadakı vəziyyət və regional və beynəlxalq gündəmə bağlı mövzular var.
Bütün xəbərlər Facebook səhifəmizdə