Əli Kərimli bir ananın dəfnindən siyasi divident qazanmağa cəhd etdi İTTİHAM

Mehman Hüseynovun anasının vəfatı üzərindən AXCP sədri Əli Kərimlinin və eləcə də onun kimi bəzi radikal müxalifət liderlərinin siyasi divident qazanmaq cəhdləri son günlər ölkə ictimaiyyəti tərəfindən əxlaqsızlıq və qeyri-etik normaları aşmaq kimi qiymətləndirməkdədir. Söz yox ki, siyasi baxışından asılı olmayaraq, hər hansı bir insanın ailəsində olan itki üzərindən belə bir cəhdlərin edilməsi eyni zamanda anirmallıq kimi qiymətləndirilir.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məsələ ilə bağlı “Səs” qəzetinə açıqlamasında bildirib ki, əslində baş vermiş hadisə dəhşətli bir mənzərənin görüntüsü idi: “Bu dəhşətli mənzərənin digər tərəfi bəzi internet saytlarında, eləcə də bəlli sosial şəbəkə qruplarında bir insanın öz valideynin dəyin dəfin mərasimini mənəviyyata, insanlığa sığmayan bir formada təqdim etmək idi. Kimliyindən asılı olmayaraq hər bir insan öz valideynini itirir. Yəni, demək istədiyim də budur ki, Mehman Hüseynovun anasının vəfatı üzərindən Əli Kərimli və digərləri sadəcə, çirkincəsinə istifadə etməyə cəhd etdilər, bir ananın dəfnindən siyasi şou düzəltməklə daxillərində gizlənmiş şeytançılıqlarını üzə çıxardılar. Mən. bundan təəssüf hissi keçirirəm və hiddətlənirəm”.

Partiya sədrinin müavininin sözlərinə görə, demək olar ki, onlar bu məsələdə konkret bir pozisiyanı tutmuşdular və belələrindən də bunu gözləmək olardı: “Çünki Əli Kərimli bu günə qədər istənilən bir vəziyyətdə - yəni, bildiyiniz kimi, bir qadının metroda şortik geyinərək, əxlaqsız davranışına da münasibət bildirir, bununla siyasi divident güdür”.

Niyaməddin Orduxanlı digər bir maraqlı məqama da toxunaraq bildirib ki, hətta Mehman Hüseynovun qardaşı Emin Hüseynovun özü belə bu məsələdən başladı və siyasi çalarlardan çıxış edərək, insanlığa yaraşmayan bir formada bunun müzakirəsini həyata keçirdi: “Ümumiyyətlə, Mehman Hüseynovun anasının vəfatı üzərindən Əli Kərimlinin və eləcə də onun kimi bəzi radikal müxalifət liderlərinin, sosial şəbəkə istifadəçilərinin siyasi divident qazanmaq cəhdləri gözlənilən bir hal idi. Mehman Hüseynov öz anası dəfn olunan gün utanc gətirən bir halla, yəni bu insanın anasının cənazəsi dəfn olunmamış başladı deyib-gülməyə, bu da heç cür başa düşülən və qəbul edilən deyildi. Yəni mən ilk dəfə idi ki, belə bir halla rastlaşırdım ki, insan öz anasının yasında o cür davrana bilər. Düşünürəm ki, bu adam əqli cəhətdən çatışmazlığı olan anormal bir insandır. Yəni insan savadsız, cahil ola bilər. Amma öz anasının yasında o cür davranması ağıla sığan deyil. Yəni bu insan həmin gün nəyin fərqində olduğunu bilmirdi yoxsa özünü o vəziyyət qoymuşdu...”.

“Hətta bununla bağlı sosial şəbəkədə də öz etirazımı bildirdim ki, mən ilk dəfə idi ki, ananın dəfnində hırıldıyan bir oğul görürdüm”-deyə xatırladan Niyaməddin Orduxanlı əlavə edib ki, bunu səhnəni hər kəs də görürdü: “Ümumiyyətlə, o jurnalistlərə verdiyi açıqlamalarda sanki bu bir siyasi prosesləri təhlil edir, müzakirə edir. Həyatımda ilk dəfə idi ki, belə bir vəziyyətlə rastlaşırdım və ilk dəfə idi ki, bir övladın anasının dəfn mərasimində çirkin məqsədləri üçün istifadə edildiyinin şahidi oldum. Bunu da heç nəyə sığmayan bir hal kimi qiymətləndirirəm. Yenə də, bu məsələnin başında Əli Kərimli dayanırdı. Demək olar ki, Əli Kərimli üçün kimin vəfat etməsi və nəyin baş verməsindən asılı olmayaraq, bütün hallarda ölkənin siyasi rəhbərliyinə, dövlətin imicinin korlanmasına bütün imkanlarını səfərbər etmişdi. Bu dəfə də Ə.Kərimli öz ampulasında idi. Əli Kərimli və Emin Hüseynov öz çirkin məqsədlərini bir insanın, bir ananın dəfini üzərindədə qurmağı görünür, yaxşı bacarırmışlar”.

Gülyanə AĞAKƏRİMOVA

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə