Mərkəz sədri: "Ermənistanda vəziyyət sabitləşməyəcək” MÖVQE

“Ermənistanda baş verən inqilabların kökündə Dağlıq Qarabağ münaqişəsi dayanır. Eks-prezident Serj Sarkisyan bu məsələdə normal mövqe nümayiş etdirsəydi, indi ermənilər daha yaxşı yaşayırdılar”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu “Qarabağ saatı” layihəsi çərçivəsində jurnalistlərlə növbəti görüşü zamanı deyib.

O, bildirib ki, eks-prezident Levon Ter-Petrosyan bu məsələdə fərqli münasibət sərgiləyirdi: “Amma mən onun əleyhinə idim. Çünki o, ağıllı adamdır və nə istədiyini bildirdi. Hazırda baş verən proseslərdə də aparıcı element Dağlıq Qarabağ münaqişəsidir. Gedişat Nikol Paşinyanın davranışları belə deməyə əsas verir ki, Ermənistanda vəziyyət sabitləşməyəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə