Musa Quliyev: “Hər iki ölkə qardaş və strateji partnyor ölkələrdir" ŞƏRH

“Azərbaycan və Türkiyə həmişə bir-birinin yanındadır. Hər iki ölkə qardaş və strateji partnyor ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyevin orada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı seçkilərdən sonra Bakıya dəvət etməsi və Ərdoğanın da birinci səfərinin Bakıya edəcəm söyləməsi göstərdi ki, artıq bu münasibətlər ənənə halını alıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, artıq neçənci dəfədir ki, Azərbaycan Prezidenti ilk səfərini Türkiyəyə edir, eləcə də qarşılıqlı olaraq Türkiyə Prezidenti ilk səfərini Azərbaycan edir: “Bunun dünya üçün, eləcə də ölkə xalqları üçün çox böyük əhəmiyyəti var. Cənab İlham Əliyev Türkiyə Prezidenti ilə görüşü zamanı çox ciddi mesajlar verdi. Bu mesajlar Dağlıq Qarabağla bağlı idi, Azərbaycanın həmişə Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olması ilə bağlı idi, həmçinin Afrin əməliyyatları zamanı Azərbaycanın Türkiyənin yanında olması ilə bağlı idi. Eyni zamanda orada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirildi və bir sıra müqavilələr, sənədlər imzalandı. Bu bir daha göstərir ki, Azərbaycan və Türkiyə Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi “bir millət, iki dövlətdir”. Bu siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə