Deputat: “"Hay"lar yenə hay-həşir salıblar” AÇIQLAMA

Ötən gün erməni tərəfi cəbhə bölgəsində daha bir təxribata cəhd edib və təxribatın qarşısı alınıb. Düşmən tərəfi cavab atəşi ilə susdurulub.Atışma zamanı erməni əsgər, 1998-ci il təvəllüdlü Qriqor Eqoyan ölüb.

Məsələyə münasibət bildirən millət vəkili Sahib Alıyev deyib ki, haylar yenə hay-həşir salıblar: “Beynəlxalq qurumları, Minsk qrupu həmsədrlərini buna sərt və uyğun reaksiya verməyə səsləyirlər.

Razıyıq. Belə bir reaksiya olmalı və Ermənistandakı hərbi xuntanın rəhbərliyinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə səsləndirdiyi bu sual verilməlidir: "Əgər erməni əsgəri ölmək istəmirsə, onun Azərbaycan torpaqlarında nə işi var?".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə