Avropa İttifaqı ABŞ-ın Qüds qərarını dəstəkləməyəcək

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını dəstəkləmir və Avropa İttifaqı ölkələri öz səfirliklərini paytaxt Təl-Əvivdən Qüdsə köçürməyəcək. İsrailin Baş naziri Benyamin Netanyahu isə bildirib ki, İsraildəki səfirliklərin Təl-Əvivdən Qüdsə köçməsi gözlənilir.

Nazirlə görüşdən sonra F.Moqerini deyib: “Netanyahu digər ölkələrə bel bağlaya bilər, Aİ ölkələri tərəfindən belə addım atılmayacaq”.

İtaliyanın ANSA agentliyi xəbər verir ki, iki saat davam edən görüşdə F.Moqerini özünün və Aİ nazirlərinin iki dövlət arasında qarşılıqlı razılığın əldə olunmasının mühüm çıxış yolu olduğuna dair “açıq mesaj”ını çatdırıb. O, həmçinin bildirib ki, sülh prosesinin bərqərar olması Aİ üçün əsas prioritetdir.

Bütün xəbərlər Facebook səhifəmizdə