"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərin artırılması vacibdir"

Həll edilməmiş münaqişələrin nizamlanması istiqamətində səylərin artırılması vacibdir. Trend-in məlumatına görə, bu barədə Kopenhagendə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Daimi Komitəsinin iclasında çıxış edən ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli bildirib.

O qeyd edib ki, Ukrayna, Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr hər zaman ATƏT-in diqqət mərkəzində olmalıdır: “Əsas prioritetlərimdən biri bu problemlərin həllində ATƏT-in tam iştirakını təmin etməkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə