Əli Əhmədov: "Azərbaycanda uşaqların sağlam və təhsilli böyüməsi üçün şərait yaradılıb"

Azərbaycan cəmiyyətində uşaq ən ali dəyərdir. Bizim ailə fəlsəfəmizdə uşaq ailənin xoşbəxtliyini, özünə inamın göstəricisidir". SİA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, YAP sədr müavini-icra katibi Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanda hər bir valideyn uşaq böyütməyi özünün ali vəzifəsi hesab edir: "Güman edirəm ki bu səbədən Azərbaycan cəmiyyətinin demoqrafik strukturunda uşaqlar mühüm çəkiyə malikdir. Əhalinin 30 faizi artıb. Bu da o deməkdir ki, Azərbacan cəmiyyəti sağlam mühitdə böyüyüb, inkişaf edir". Baş nazirin müavini söyləyib ki, ölkəmizdə uşaqların əsası Ulu Öndər tərəfindən qoyulan siyasət əsasında böyüməsi üçün hər cür şərait yaradılıb: "Azərbaycanda uşaqların sağlam və təhsilli böyüməsi üçün şərait yaradılıb. Bir müddətdən sonra 10 milyonuncu uşaq dünyaya göz açacaq. Uşaqlarla bağlı qayğılar Azərbaycan üçün şərəflidir və hökumətimiz bu işi şərəflə yerinə yetirməyi özünə borc bilir. Eyni zamanda biz cəmiyyətimizin keyfiyyət potensialının artırmasına çalışmalıyıq. Bunun üçün uşaqlar daha yaxşı məktəblərdə oxumlı, sağlam olmalıdır".

Ə.Əhmədov qeyd edib ki, ölkəmizdə bütün dövlət qurumları xüsusilə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların sağlam, qayğısız böyüməsi üçün dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətə malikdir: "Bugünkü forum buna bariz nümunədir. Siz həqiqətən xoşbəxtsiniz ki, Azərbaycanın gündən- günə inkişaf edən dövründə dünyaya gəlmisiniz. Mən sizə xoşbəxt uşaqlıq, firəvan gənclik arzu edirəm".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə