Şəkidə 23 yaşlı qadın itkin düşüb

Şəkidə 23 yaşlı qadın itkin düşüb. Şəki rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb və indiyənədək geri qayıtmayıb. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru məlumat verib.

Onun əlamətləri belədir: Boyu 150 sm, yumru sifətli, dolu bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Ailəlidir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-24-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə