Siyəzəndə kanaldan qadın meyiti tapılıb

Siyəzəndə kanalda qadın meyiti tapılıb. FHN-dən SİA-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Ağbaş kəndi ərazisində 1 nəfərin Samur-Abşeron kanalına düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın meyiti (şəxsiyyəti məlum deyil) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə