İranda zəlzələ: 55 zərərçəkən var

İranın şərqində Kerman əyalətindəki baş verən zəlzələ nəticəsində 50 nəfərdən çox insan zərər çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə zəlzələnin 6.2 bal gücündə, 40 kilometr dərinliyində qeydə alındığı deyilirdi.

Yerli xəbər agentliklərinin açıqladığı əlumata görə, hadisə nəticəsində 55 nəfər ziyan çəkib. Yeraltı təkanın baş verdiyi ərazidə su və elektrik enerjisinin verilməsi dayandırılıb. Kerman əyalətində orta və ali təhsil müəssiələrinin fəaliyyəti dayandırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə