Misirin İsgəndəriyyə şəhərində qarğa bir evə girərək 7 aylıq körpəni öldürüb. Bu barədə İsgəndəriyyə şəhərinin polis bölməsi məlumat yayıb. Məlumatda bildirilir ki, balkondan evə girən qarğa otaqda yatan Adəm adlı körpəni boynundan yaralayıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə