Azərbaycanın uğurlarının davamlı olmasına səs verək

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası uğurla davam etdirilir. Dünən Qubanın Zərqova İnzibati Ərazi Dairəsində seçicilərlə görüş keçirilib. Görüşdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, təbliğat qrupunun üzvləri Rüfət Hacıyev, Həsən Günəşli, Zamik Haşımov, Hüseyn Kərimov, eləcə də, yerli mətbuat nümayəndələri iştirak ediblər.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək bildirib ki, ölkəmiz daha bir siyasi proses - növbəti prezident seçkiləri ərəfəsindədir: "Ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də partiyamızın namizədi Cənab İlham Əliyevin qalib gələcəyinə kimsə şübhə etmir". Rayon təşkilatının sədri bildirib ki, bu qələbəni şərtləndirən başlıca amil Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 il ərzində həyata keçirilən siyasət və əldə edilən uğurlardır: "Bütün dünyanın iqtisadi böhrandan əziyyət çəkdiyi bir zamanda, Azərbaycan öz inkişaf tempini qoruyub saxlayaraq, beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirməkdədir. Bu da təsadüfi deyil. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Həyata keçirilən siyasətin uğurlu nəticələrini biz qubalılar də öz həyatımızda hiss edirik". Y.Abidov onu da əlavə edib ki, Azərbaycan vətəndaşları, o cümlədən, qubalılar Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevi alternativsiz Lider kimi qəbul edir, Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər. Rayon təşkilat sədri Azərbaycanın gələcək inkişafı naminə seçiciləri İlham Əliyevə səs verməyə çağırıb.

Daha sonra təbliğat qrupunun üzvləri Rüfət Hacıyev, Həsən Günəşli, Zamik Haşımov çıxış edərək son 15 ildə ölkəmizdəki tarixdə görünməmüş möhtəşəm quruculuq işləri aparlıdığını bildiriblər. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövrdə istər iqtisadi, istər sosial sahədə, istərsə də daxili və xarici siyasət sahəsində misli görünməmiş uğurlara imza atılıb. Çıxış edənlər seçiciləri Cənab İlham Əliyevə səs verəməyə çağırıblar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə