Qubada gənclərlə görüş keçirilib

YAP Quba təşkilatında gənclərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, mütəmadi olaraq gənclərlə görüşən, söhbətlər aparan rayon təşkilat sədri görüş zamanı gənclərlə öz tövsiyyələrini verib.

Ölkədə baş verən iqtisadi- siyasi inkişafdan danışan Yusif Abidov ölkə başçısı Cənab İlham Əliyevin nəinki gənclərə, ölkənin bütün vətəndaşlarına öz diqqət qayğısını göstərdiyini qeyd edib. Bu diqqət hər addımda, bütün sahələrdə hiss edilir. Bütün qubalıların, eləcə də gənclərin daim ölkə başçısına minnətdar olduqlarını bildirib. Elə buna görə də biz hər birimiz qarşıdan gələn 11 Aprel Prezident Seçkilərində birmənalı olaraq ölkə başçısına səs verərək ona olan dəstəyimizi, sevgi və hörmətimizi nümayiş etdirəcəyimizi diqqətə çatdırıb.

Daha sonra gncləri YAP Quba rayon təşkilatının təşkilatçılığı ilə "Asan Xidmət" kompleksinin kinoklub kafesində bayram tədbiri keçiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...