İranın təhsil naziri vəzifəsindən istefa verib. SİA-nın məlumatına görə, bunu İranın Nazirlər Kabinetindəki məlumatlı mənbə deyib.

Rəsminin sözlərinə görə, təhsil naziri Məhəmməd Bəthayi ötən gün Nazirlər Kabinetinin iclasından sonra istefa məktubunu İran prezidenti Həsən Ruhaniyə təqdim edib.

Məlumatlı rəsmi qeyd edib ki, nazir şəxsi səbəblərə görə istefa verib və prezidentin onun istefasını qəbul edib-etməyəcəyi bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə