Qrip virusuna görə məktəblərdə dərslər təxirə salındı

Rusiyanın Ulan-Ude şəhərində qrip virusuna görə məktəblərdə dərslər bir həftəlik təxirə salınıb. SİA-nın xəbərinə görə, Ulan-Udedə təhsil prosesi 24-30 yanvar tarixləri arasında dayandırılacaq. Bu müddət ərzində kütləvi mədəni və idman tədbirlərinin bağlı ərazilərdə keçirilməsi məhdudlaşdırılacaq.

Bunun səbəbi qrip və ARVI epidemiyasının yayılmasıdır.

Dövlət orqanları tərəfindən açıqlanan məlumata görə, şəhərdə 2111 ARVi və qripə yoluxma halı qeydə alınıb ki, bu da normadan 30 faiz yuxarıdır.

Epidemiyanın başqa şəhərlərdə də yayıldığı açıqlanıb. Belə ki Buryatiyada yanvarın 14-dən 20-dək 3536 ARVİ və qrip hadisəsi qeydə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə