"Qanun layihəsi fermerlərə böyük hədiyyə olacaq"

“Aqrar sığorta haqqında” yeni qanun layihəsi ən vacib qanunlardan biridir. Hər kəs bu qanun layihəsini səbrsizliklə gözləyirdi”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı İqbal Məmmədov Parlamentin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, yeni qanun layihəsi təsdiqləndikdən sonra fermerlərə böyük hədiyyə olunacaq: “Bilirsiniz ki, Milli Məclis tərəfindən 2002-ci ildə bu sahədə qanun qəbul olunsa da işləmədi. Bu sahə riskli olduğu üçün kənd təsərrüfatı ilə məşğul olunanlarla sığorta müqaviləsi bağlanmır. Lakin yeni qanunda bu işlər müştərək şəkildə yəni müşətərək sığorta olacaq. Yəni sığortanın 50 faizi dövlət, 50 faizi isə sığorta şirkətləri tərəfindən ödəniləcək. Sığorta etdikdən sonra əvvəlcədən ödəniş edilməyəcək. Qanun təsdiqini tapsa, kənd təsərrüfatında çalışanlara yardım olacaq”.

Yeni qanun layihəsi haqqında fikirlərini bildirən deputat Hüseynbala Mirələmov da layihənin inqilabi qanun olduğunu dilə gətirib: “İnanıram ki, qanun layihəsini qəbul edəcəyik. Hesab edirəm ki, qanunun dili lokanik olmalı, uyğunsuzluqlar üzərində yenidən işlənməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə