Mirzə Cəlilə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Noyabrın 19-da Milli Kitabxanada Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Eyni zamanda “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabının və “Cəlil Məmmədquluzadə - 150” elektron məlumat bazasının təqdimatı olacaq.

SİA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, TÜRKSOY, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşacaq.

Beynəlxalq Elmi-Praktik Konfrans çərçivəsində Cəlil Məmmədquluzadənin məzarı və ev-muzeyini ziyarət olunacaq.

İki gün davam edəcək tədbirlərdə Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistandan dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçıları, müvafiq ölkələrin səfirləri, eyni zamanda Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə