“20 Yanvar şəhidlərinin xatirəsinə ithaf” -ANIM

Muzey Mərkəzində İstiqlal Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin birgə təşkilatçılığı ilə “Tarixləşən yaddaşımız” adlı tədbir-sərgi keçirilib. SİA-nın məlumatına görə, sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan 20 Yanvar faciəsini əks etdirən 30-dək fotoşəkil və Gənclərin Respublika bədii yaradıcılıq evi şagirdlərinin 40-dək əl işi nümayiş olunub.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə gənc musiqiçilərin ifasında “20 Yanvar şəhidlərinin xatirəsinə ithaf” konsert proqramı, həmçinin bədii yaradıcılıq evinin dərnək üzvlərinin hazırladığı bədii hissə və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən videoçarx və sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə