"Turizmin inkişafı dövründə maliyyə bazarlarına virtual səyahət" TƏLİM

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye – Azərbaycan Turizm və Menecment Universiteti əməkdaşlığı çərçivəsində ATMU-nun "Biznes idarəçiliyi" fakiltəsi, “İqtisadiyyat” kafedrası, "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiası" İctimai Birliyi və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə "Turizmin inkişafı dövründə maliyyə bazarlarına virtual səyahət" mövzusunda təlim keçrilib.

SİA-nın məlumatına görə, təlimin kordinatoru, “İqtisadiyyat” kafedrasının dosenti Səkinə Hacıyeva çıxış edərək bildirdi ki, Azərbaycanda maliyyə bazarının əsas tərkib elementərindən biri olan fond bazarının inkişaf etdirilməsi hazırda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə bir sıra sahibkarlıq strukturları iqtisadiyyatın müxtəlif sahələri üçün milli rəqabətqabiliyyətli kadrların hazırlanması işində yaxından iştirak edərək öz korporativ sosial məsuliyyət siyasətlərinin reallaşdırılması çərçivəsində çoxşaxəli işlər görürlər. Hörmətli tələbələr, gələcəkdə fond bazarının fəaliyyət prinsipləri xüsusiyyətlərinə dair geniş, ətraflı biliklərə malik olmağınız sizin biznes idarəçiliyinin müxtəlif sferalarında xüsusən də maliyyə sferasında bir peşəkar kadr kimi fəaliyyətinizdə çox lazım olacaq, bu biliklərin əldə olunması xüsusilə “Maliyyə” ixtisası üzrə təhsil alan tələbələr üçün zəruridir. Əminik ki, peşəkar mütəxəsislər “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiası" İctimai Birliyinin sədri Ceyhun İbahimovun və İnvest-AZ İnvestisiya şirkətinin təhsil meneceri Rövşən Məmmədovun təcrübə və məlumatları sizin üçün çox faydalı olacaq.

Təlimdən sonra Rövşən Məmmədov tələbələrin çoxsaylı suallarına cavab verdi. Təlimdə iştirak edən tələbələrə sertifikat verilib. Sonda Səkinə Hacıyeva təlimin təşkili və keçirilməsinə görə “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiası" İctimai Birliyinin sədri Ceyhun İbahimova və İnvest-AZ İnvestisiya şirkətinin təhsi meneceri Rövşən Məmmədova ATMU adından dərin təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə