Firəngiz Əlizadə xarici musiqiçilərdən danışdı AÇIQLAMA

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə xarici ölkələrə səfər etdiyini bildirib. SİA-ya açıqlama verən sədr həmin ölkələrdə Azərbaycan musiqisinin səsləndiyini bildirib: "Tez-tez Avropa ölkələrinə gedirəm. Xarici ölkələrdə olarkən əcnəbilərin Azərbaycan bəstələrinin çox sevdiklərinin şahidi olmuşam. Xaricilər muğamımızı eşidəndə alqışlarla qarşılayırlar. Hətta Amerikanın məşhur drijoru Azərbaycan muğamı haqqında maraqlı etiraf edib. O, bildirib ki, muğamımız onun konsertində səslənəndə hər kəs ayaqüstə musiqimizi alqışlayır. Bunun üçün də o, gecəni davam edə bilmir. Drijor buna görə, qərara gəlib ki, Azərbaycan muğamı konsertinin sonda səslənsin. Onu da deyim ki, xarici musiqiçilər bəstələrimizi ifa edərək, sayəmizdə pul qazanırlar. Mənim bir çox əsərlərim var ki, Avropa ölkələrində səslənir. Həmin bəstələrə görə, əcnəbi sənətçilər küllü miqdarda vəsait alırlar".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə