G7 ölkələrindən Rusiyanın Ukraynanı ilhaqına reaksiya!

G7 ölkələrinin xarici işlər nazirləri Rusiyanın Ukrayna ərazisini ilhaq etməsini pisləyib. SİA xəbər verir ki, G7 ölkələrinin xarici işlər nazirləri birgə bəyanatında Rusiyanın Ukraynanın 4 bölgəsini ilhaq etməsini pisləyib və “Biz heç vaxt silah zoru ilə keçirilən saxta referendumları tanımayacağıq” deyiblər.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə, ABŞ və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Rusiyanın Ukraynada 4 bölgəni ilhaq etməsi ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda, "Rusiyanın Ukraynaya qarşı təcavüzünü, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini pozmağa davam etməsini ən sərt şəkildə qınayırıq. Bu qondarma ilhaqları və silahla saxta referendumları heç vaxt tanımayacağıq" deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə