“Rusiyanı inkar etmək axmaqlıqdır..?”

Rusiya prezidenti Vladimir Putin “Rusiyanı” və onun mədəniyyətini inkar etmək cəhdlərini əbəs və axmaqlıq adlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, Kremlin saytında dərc olunan “Tavrida.Art” forumunun iştirakçılarına videomüraciətində bildirib.

“...Mədəniyyətimizi inkar etmək, Rusiyanı inkar etmək cəhdləri əbəsdir. Bu, sadəcə axmaqlıqdır”.

...Bunu Putin bildirib.

Rusiya lideri onu da qeyd edib ki, fərqli fikirdə olan hər kəs “tarixdən dərs almayıb”.

Qeyd edək ki, Putin Rusiyanın müttəfiqlərindən danışıb

Avqustun 15-də “Ordu-2022” forumunda Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyatın tapşırıqlarını aydın şəkildə yerinə yetirən rusiyalı hərbçilər Donbass torpaqlarını addım-addım azad edirlər. Forum zamanı prezident həmçinin bildirib ki, Rusiya Federasiyası özünün çoxsaylı müttəfiqlərinin və həmfikirlərinin dəstəyini yüksək qiymətləndirir.

O qeyd edib ki, Rusiyanın müxtəlif qitələrdə çoxlu müttəfiqləri, tərəfdaşları, həmfikirləri var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə