Ceff Fleyk ABŞ səfiri kimi Türkiyəyə gəlir

ABŞ Senatında keçirilən səsvermədə Ceff Fleyk Türkiyədə səfir vəzifəsinə təsdiq edilib.

Fleykin yaxın vaxtlarda ABŞ-ın Türkiyədəki hazırkı səfiri Devid Satterfilddən vəzifəni təhvil alacağı gözlənilir.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden 2021-ci ilin iyulunda Fleyki səfir vəzifəsinə namizəd kimi irəli sürüb. Senatın Xarici Əlaqələr Komitəsi oktyabrın 20-də Fleykin namizədliyini təsdiqləyəndən sonra sənəd Senatın Baş Assambleyasında yekun səsverməyə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə