“Neftin 100 dollara qalxa bilməsi istisna edilmir…”

Moskvada keçirilən enerji həftəsində Rusiya Prezidenti Vladimir Putin Avropada qaz çatışmazlığının lazımi miqdarda xammalın yeraltı anbarlara vaxtında vurulmaması ilə əlaqədar olduğunu vurğulayıb.

Putin Rusiyanın öz enerji imkanlarından siyasi silah kimi istifadə etməsi iddialarını da əsassız hesab edib.

Maraqlıdır ki, Rusiya Prezidenti Enerji Həftəsi iclasında ona ünvanlanan suala cavab verərkən neftin bir barrell üçün qiymətin 100 dollara yüksələ biləcəyini də istisna erməyib.

Rusiya rəhbər etiraf edib ki, neftin qiymətinin 100 dollara qalxa bilməsi də mümkündür.

Yeri gəlmişkən bildirək ki, 2018-ci ilin oktyabrından bu yana "Brent" markalı neftin satış qiyməti ilk dəfə olaraq 84 dollara yüksəlib.

Ağasəf

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə