Kanadadakı silahlı insident nəticəsində biri uşaq olmaqla 3 nəfər yaralanıb

Kanadanın Toronto şəhərinin mərkəzində baş vermiş silahlı insident nəticəsində biri uşaq olmaqla 3 nəfər yaralanıb.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “CBC” telekanalı məlumat yayıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bir qadının vəziyyətinin ağır, ancaq sabit olduğu deyilir. Polis yaralıların kimliyini hələlik açıqlamayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, altı və ya yeddi atəş səsi eşidiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə