Almaniya səfiri Rusiya XİN-ə çağırıldı - çeçen məsələsinə görə...

Bu gün Almaniyanın Rusiya Federasiyasındakı səfiri Qraf Lambsdorff Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya XİN-in rəsmis aytında yer alan məlumatda deyilir ki, səfirə bu yaxınlarda Kiyevdə keçirilən görüşlə bağlı sərt etiraz bildirilib. Belə ki, Zelenski ilə görüşdə Bundestaqın beynəlxalq işlər üzrə komitəsinin hakim Xristian Demokrat İttifaqından olan üzvü Kizevetter ilə bərabər “İçkeriya çeçen respublikası”nın (Rusiyada terror təşkilatı kimi tanınır) lideri, Rusiyanın beynəlxalq axtarışa verdiyi Aleksandr Zakayev də iştirak edib.

Alman deputat Belqorod və Kursk bölgələrində diversiya əməliyyatlarında fəal iştirak edən bu təşkilatın üzvlərinin Rusiya əleyhinə fəaliyyətlərini alqışlayıb və onları Almaniya ilə fəal əməkdaşlıq etməyə, o cümlədən Almaniyada yaşayan rus köçkünləri “Rusiyadakı ictimai-siyasi vəziyyəti pozmaq üçün əməliyyatlar aparmaq işinə cəlb etməyə” çağırıb.

Moskva Almaniya parlamentinin üzvü ilə “məşhur cinayətkarlar arasında” keçirilən bu görüşü Almaniya hakimiyyətinin Rusiyanın daxili işlərinə müdaxilə etmək və milli təhlükəsizliyinə təhdid yaratmaq niyyətinin sübutu kimi qiymətləndirib. “Rusiyaya qarşı istənilən düşmənçilik hərəkəti qaçılmaz olaraq müvafiq cavabla qarşılanacaq”, - xəbərdarlıqda bildirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə